Bazar ertəsi, 29 Aprel

İsmayıllıda avtomobil "Şəhidlər bulağı"na çırpılıb, xəsarət alanlar var

image

İsmayıllı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə rayonun Təzəkənd kənd sakini, 1978-ci il təvəllüdlü Babalı Babaxan Niyaz oğlu "QAZ 3110" markalı minik avtomobili ilə hərəkətdə olarkən dumanlı hava səbəbindən idarəetməni itirib, maşın yoldan çıxaraq kəndin mərkəzindəki "Şəhidlər bulağı" abidə kompleksinə çırpılıb. Hadisə zamanı bulağın bir hissəsi dağılıb, sürücü Babaxan Babalı və həmkəndlisi olan sərnişin, 1989-cu il təvəllüdlü Nəcəfov Elçin Savalan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39